Yeni hidrogel zədələnmiş sümükləri bərpa etməyə kömək edir
10.11.2022 17:01

Sınıqlar və digər sümük zədələri adətən öz-özünə sağalırlar, amma böyük sahələrin sınığı zamanı onların bərpası üçün bədənin digər hissələrindən sümüyün götürülərək həmin nahiyəyə yerləşdirilməsi tələb olunur. Yeni kəşf bu problemi aradan qaldırmağa kömək edə bilər.

 

Aztibb.az techinsider.ru-ya istinadla xəbər verir ki, yeni birləşmə hüceyrədənkənar matris funksiyasını yerinə yetirir və sümüklərə bərpa olunmağa kömək edir. Bu texnologiya gələcəkdə çoxlu sayda insanı xilas edə bilər.

 

Tel-Əviv və Miçiqan universitetlərindən olan alimlər tərəfindən hazırlanmış maddə immunomodullaşdırıcı lifli hidrogel adlanır. Bu hidrogel sümük toxumalarındakı hüceyrədənkənar matrisin həm fiziki, həm də kimyəvi xassələrini təqlid edir.

 

Hidrogel cərrahi əməliyyat yolu ilə sümükdə boşluq olan sahəyə yerləşdirilir və bir müddət sonra gel yeni təbii sümük toxuması ilə tamamilə əvəz edilir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu