Azərbaycanın bütün peyvənd məntəqələrinin soyuducuları üçün temperatur monitorinqi cihazları təmin edilib
10.11.2022 12:44

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində tibbi avadanlıqların təhvil-təslim mərasimi keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.

 

Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması və daşınması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi və TƏBİB-ə 3 min ədəd donma indikatoru, 520 peyvənd daşıyıcısı, 70 müxtəlif litrajlı soyuq qutu və ölkənin peyvənd məntəqələrində istifadə olunan bütün soyuducular üçün 1800 sayda 30 günlük temperatur monitorinqini təmin edən cihaz təhvil verilib.

 

Tədbirdə yerli səhiyyə tərəfdaşlarına təhvil verilən avadanlıqların ölkədə soyuq zəncir sisteminin gücləndirilməsi və peyvəndlərin insanlara təhlükəsiz şəraitdə çatdırılması baxımından vacibliyi vurğulanıb. Avadanlıq və cihazlardan düzgün istifadə məqsədilə bütün peyvənd məntəqələrinin işçilərinə təlimlərin keçirilməsi planlaşdırılır. ÜST-nin texniki dəstəyi ilə ölkə üzrə keçirilən soyuq zəncir avadanlıqlarının inventarlaşdırılmasının nəticələrinə əsasən, layihə çərçivəsində ölkədə daha çox ehtiyac duyulan soyuq zəncir avadanlığı və tibbi cihazların təchizatının davam etdirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib