Əhliman Əmiraslanov: “Bir neçə xəstəxanada avadanlıqların istifadə müddəti bitib”  
10.11.2022 12:21

“Bir neçə xəstəxanada avadanlıqların istifadə müddəti bitib”.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qanunverici orqanın İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.

 

Komitə sədri söyləyib ki, ölkə əhalisinin icbari tibbi sığorta xidmətləri ilə bağlı məmnunluğu günbəgün artsa da, bu sahədə hələ də xeyli problemlər var.

 

O qeyd edib ki, ötən il büdcə müzakirələrində xəstəxanalarda tibbi avadanlıqların yararsız hala düşməsi ilə bağlı məsələ qaldırmışdı: “Çünki bir neçə xəstəxanada həmin avadanlıqlar müddətini demək olar başa vurub. Sevindirici haldır ki, artıq bu istiqamətdə uğurlu addımlar atılır və əminəm ki, bu sahədəki işlər bundan sonra da davam edəcək”.

 

Komitə sədri bildirib ki, Xidmətlər Zərfi kifayət qədər genişdir, təxminən, xidmətlərin sayı 3000-ə çatıb: “Lakin hələ də tələbat olan xəstəliklər həmin xidmətlər zərfində yer almayıb. Zərfdə yer alması lazımlı xəstəliklərdən biri də məhz onkoloji xəstələrin müalicə məsələsidir. Zaur müəllim çıxışında onlar üçün ayrılan təxminən 200 milyon manatdan artıq vəsaitə qənaət etdiklərini söylədi. Növbəti ilin dövlət büdcəsində onkoloji xəstəliklərin müalicəsi üçün ayrılan vəsaitin məbləği olduqca aşağıdır. Bu vəsaitin artırılmasını təklif edirəm.

 

Müzakirələr zamanı da onkoloji xəstələrin icbari tibbi sığorta ilə əhatə olunması üçün təqribən 200 milyon vəsaitin lazım olduğu açıqlandı. Fürsətdən istifadə edərək Maliyyə Nazirliyindən xahiş edirəm ki, onkoloji xəstəliyin hökmən icbari tibbi sığorta ilə əhatə olunmasına öz köməyini göstərsin. Çünki bilirik ki, həmin xəstəlikdən əziyyət çəkənlər nə qədər pul xərcləyirlər”.

 

Ə.Əmiraslanov, həmçinin təklif edib ki, auitizm xəstəliyinin müalicəsi də icbari tibbi sığortaya daxil edilsin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib