Ağır patologiya ilə doğulmuş körpə uğurla əməliyyat olunub - Mərkəzi Klinikada
10.11.2022 12:29
Yeni dünyaya göz açmış körpə qız uşağının təcili əməliyyat olunmazsa yaşamayacağı müəyyən edilib. Belə ki, doğulduğu klinikada həkimlər körpənin nəcis çıxara bilmədiyini, qarnın getdikcə köpdüyünü və qusmağa başladığını görüb müayinələr aparıblar.
 
Müayinələr sonrası məlum olub ki, körpəni bu vəziyyətə salan səbəb anadangəlmə bağırsaq keçməzliyidir. Valideynləri təcili Mərkəzi Klinikaya müraciət ediblər. 
 
Çəkisi 3 kq olan körpənin yaşaya bilməsi üçün uşaq cərrahı Fuad Hüseynov tərəfindən məcburi cərrahi əməliyyat icra olunub. 
 
Əməliyyat zamanı nazik bağırsaq səviyyəsində anadangəlmə bitişmələr olduğu üçün nəcisin yoğun bağırsağa keçə bilmədiyi müəyyən olunub (Ladd bantları.Mekoniyal bağırsaq keçməzliyi).
 
Əməliyyat zamanı bitişmələr kəsilib, nəcisin rahat keçməsi təmin edilib.
 
Körpə əməliyyatdan sonrakı ac qaldığı günləri Mərkəzi Klinikanın professional neonatal komandası sayəsində geridə qoyub. O, hazırda qidalanmağa başlayıb və tam sağlam evlərinə yola salınıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib