Səhiyyə Nazirliyinin mütəxəssisi Monteneqroda keçirilən beynəlxalq konfransda iştirak edib
10.11.2022 11:25
9-10 noyabr tarixlərində Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində "Hər bir uşağın optimal inkişafı üçün erkən uşaqlıq müdaxiləsi" adlı beynəlxalq konfrans təşkil edilib.

 

Tədbirin əsas məqsədi Avropa və Orta Asiya regionunda uşaqlarda erkən inkişafın müdaxiləsinin monitorinqi, çətinkiləri və əsas problemlərin həlli yollarının müzakirəsi olub.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Xorvatiya, Serbiya, Monteneqro, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Portuqaliya və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə ölkəmizi beynəlxalq tədbirdə Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Erkən uşaqlıq dövrü inkişafı üzrə mütəxəssisi Yelena İsrafilova və TƏBİB-in Ana və uşaq sağlamlığınn təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva təmsil ediblər.

 

Nazirliyin mütəxəssisi beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.

 

Konfransda erkən uşaqlıq inkişafı üzrə Milli Proqramın hazırlanması və bununla bağlı yol xəritəsini tərtib etməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib