Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Dövlət Bayrağı Günü qeyd olunub  
09.11.2022 11:52

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. 

 

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan institutun direktoru Pərvin Əkbərov üçrəngli bayrağımızın yaranma tarixindən, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş dövlət bayrağımızın XX əsrin sonunda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmasından, 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından, dünyanın ən uca bayrağı olan Azərbaycan bayrağının təntənəli surətdə qaldırılmasından danışıb. Bildirib ki, and yerimiz olan bayraq dövlətimizin gücünü, xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir.

 

Direktor Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının dalğalandığını qeyd edib.

 

Pərvin Əkbərov, eyni zamanda, üzərində Azərbaycan bayrağının da həkk olunduğu ETTBİ-nin loqosunun, ilk dəfə olaraq, məhz Dövlət Bayrağı Günündə təqdimatını edib.

 

Qeyd edək ki, Bayraq Gününə həsr edilmiş tədbirə rəhbərlik və kollektivlə yanaşı, hazırda institutda müalicə alan ll Vətən müharibəsi qaziləri də qatılıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib