"Nevrologiyada mübahisəli mövzular" mövzusunda elmi-praktik konfrans keçirilib  
08.11.2022 11:45
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Organization of Medical Projects (OMP) şirkətinin birgə əməkdaşlığı ilə 6 noyabr 2022-ci il tarixdə "Nevrologiyada mübahisəli mövzular" adlı elmi-praktik konfrans təşkil olunub.
 
Aztibb.az xəbər verir ki, konfransda Bakıdan və digər bölgələrdən həkim-mütəxəssislər iştirak ediblər.
 
Türkiyədən dəvət olunmuş prof. dr. Burhanettin Uludağ, prof. dr. Zafer Çolakoğlu , prof. dr.  Neşe Çelebisoy, prof. dr. Hatice Karasoy və prof. dr. İsmail Oran və yerli mütəxəssis uzman həkim Nailə Ələkbərovanın iştirakı ilə keçirilən konfransın əsas məqsədi nevroloji xəstəliklərin aktual problemlərini müzakirə etmək, yeni nailiyyətləri diqqətə çatdırmaq, əldə olunan müvəffəqiyyətləri və risk faktorlarını bölüşmək olub.
 
Səmərəli fikir mübadiləsi əsasında aparılan konfrans müddətində videotəqdimatlar nümayiş olunub və professorlarla canlı bağlantılar qurulub.
 
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş və 8 Davamlı Tibbi Təhsil kredit balı qazanmışdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib