Bakı Baş Səhiyyə Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
07.11.2022 10:19
TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, Mərkəzin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin 44 günlük Vətən müharibəsi zamanı iştirak edən əməkdaşları və digərləri iştirak edib.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş edilib.
 
Zəfər gününə həsr olunmuş tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirova Zəfər Günü münasibətilə tibb işçilərinə öz təbrikini ünvanlayıb. E.Əmirov xalqımız üçün çox əhəmiyyətli olan 44 günlük Vətən müharibəsinin nəticələri və müharibə zamanı həm arxa, həm ön cəbhədə fəal iştirak edən, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmiş tibb işçilərimizin rolundan bəhs edib, müharibə iştirakçılarına öz təşəkkürünü bildirib.
 
Tədbir müharibə iştirakçıları olan 2 nömrəli Vərəm Əleyhinə Dispanserin baş həkimi Ceyhun Əliyevin, Mərkəzin İnzibati şöbəsinin mütəxəssisi Ehtiram Hacıyevin və 38 nömrəli Şəhər Poliklinikasının həkimi Zəfər Əliyevin çıxışları ilə davam etdirilib.
 
Daha sonra çıxış edən Mərkəzin Ümumi şöbəsinin böyük mütəxəssisi Əli Quliyev Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbənin əhəmiyyətindən bəhs edərək, öz müharibə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
 
Sonda Vətən müharibəsi iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib