8 Noyabr Azərbaycan xalqının qürur günüdür
06.11.2022 10:17

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iştirakçıları Azərbaycan tarixinin şanlı səhifəsi - Zəfər Günü münasibətilə təbrik edib. İdarə rəisi bildirib ki, noyabrın 8-i 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının igid oğulları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək işğalçı Ermənistan üzərində tarixi qələbə qazanmış, işğal altında olan torpaqlarımızı geri qaytarmış, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişlər.

 

Daha sonra ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsini elan etdiyi çıxışı ilə başlayan və Zəfərə gedən yolu əks etdirən videoçarx nümayiş etdirilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin təcili yardım həkimi Racu Nəbiyev, İnfeksiyaya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov, DGK Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş mühafizəçi Süleyman Süleymanov və tibb bacısı İlhamə Səfərova 44 günlük Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, xalq-ordu-dövlət birliyindən, qazanılan qələbələrdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıblar.

 

Sonda İkinci Qarabağ müharibəsi şəhidinin ailə üzvünə, o cümlədən Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına Qarabağ mövzusunda xüsusi xatirə hədiyyələri təqdim edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib