"Medinex 2022" sərgisi çərçivəsində “İnnovativ dərman vasitələri” adlı panel müzakirəsi təşkil edilib
06.11.2022 09:31

TƏBİB-in dəstəyi ilə "Medinex 2022" sərgisinin tədbirlər proqramı çərçivəsində “İnnovativ dərman vasitələri” adlı panel müzakirəsi təşkil edilib.

 

Panel sessiyaları formatında TƏBİB-in şöbə müdiri Elmin Quliyev, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, t.e.d. Adil Allahverdiyev, “Supreme Pharmatech” şirkətinin departament direktoru Müşfiq Hüseynov təqdimatlarla çıxış ediblər.

 

Təcrübəli mütəxəssislərin təqdimatında yeni dərman formaları və onların tətbiq texnologiyaları, liposom texnologiyası, xəstəliklərin müalicəsində kök hüceyrə, nanotexnologiya əsaslı metodların tətbiqi və s. mövzular müzakirə edilib.

 

Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər