TƏBİB-lə "Medtest” MMC arasında Anlaşma Memorandumu imzalanıb
05.11.2022 22:27

“Medinex-2022” Tibb İnnovasiyaları Sərgisi çərçivəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və “Medtest” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Memorandumu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və “Medtest” MMC-nin İcraçı direktoru Cavid Əsədov imzalayıblar.

 

Sənəd ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədilə şəkərli diabet sahəsində elmi və texniki imkanlardan müştərək istifadə edərək diabet xəstələrinin zəruri, müasir, keyfiyyətli, yerli və beynəlxalq standartlarla tələbatlarını təmin etməyi, şəkərli diabet və endokrinoloji xəstəliklərin müayinəsi, müalicəsi və statistika sahəsində həkim, laborant və alimlərin ehtiyac olduğu dəstəyi, şəkərli diabet xəstəlikləri sahəsində biliklərinin arıtırılmasını, istehsal olunan məhsulların keyfiyyətlərinin mükəmməlləşdirilməsini nəzərdə tutur.

 

Memorandumun məqsədləri Azərbaycanda diabet xəstələrinin tələb və istəklərini müəyyənləşdirmək, şəkərli diabet xəstələri üzrə yaradılmış məlumatlar bazası əsasında imtiyazlı qrup xəstələrin şəkər əleyhinə olan dərmanlarla təmin edilməsini yaxşılaşdırmaqdır.

 

Tərəflər memorandumun məqsədlərinə nail olmaq üçün şəkərli diabet sahəsində bir sıra birgə layihələr həyata keçirəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub