Nərimanovda 8 Noyabr - Zəfər Günü qeyd edilib
06.11.2022 10:04

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov Tibb Mərkəzi PHŞ-nın birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra başçısının müavini İradə Mahmudova, Nərimanov Tibb Mərkəzinin PHŞ-nın direktoru Fazil Alməmmədov, Vətən müharibəsi qaziləri, Tibb Mərkəzinin əməkdaşları və digərləri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə açılış nitqi ilə çıxış edən Nərimanov Tibb Mərkəzi PHŞ-in direktoru Fazil Alməmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.  

 

O, Ali Baş Komandanın başçılığı ilə igid oğullarımızın qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdığını vurğulayıb. Qeyd edib ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.

 

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı tarixində çox uğurlara imza atıb. Təşkilat sədri qeyd edib ki, 30 ildən sonra 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqları ifadə edən qətiyyətli siyasəti, yüksək şəxsi keyfiyyətləri və təcrübəli idarəetmə bacarığı dayanırdı. Vətən müharibəsində xalqımızın dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı həmrəylik göstərdiyini deyən Samir Vəliyev vətənpərvər övladlarımızın onun çağırışına qoşularaq birlik, həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova və Vətən müharibəsinin qaziləri Vətən müharibəsini tariximizin ən qürurlu, ən şanlı, ən unudulmaz səhifəsi adlandırıblar. Bildirilib ki, ordumuzun gücü, Ali Baş Komandanın siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib