Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib
06.11.2022 09:36

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə institutun baş həkimi Elmar Qaçabəyov iştirakçıları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Şanlı Qələbənin tarixindən söz açan E.Qaçabəyov azad olunmuş ərazilərdə görülən işlərdən danışıb.

 

Sonra ETMGİ-nin YAP təşkilatının sədri, həkim mama-ginekoloq Ədalət Əliyev çıxış edərək Vətən müharibəsinin gedişatından bəhs edib, Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsinin siyasi aləmdə necə qarşılanması barədə məlumat verib.

İnstitutun iş prinsipinin prioritet istiqamətlərindən birinin Azərbaycan Silahlı Qüvvələrində xidmət göstərən bütün əsgər və zabitlərə, torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhid olan igidlərin, qazilərin ailə üzvlərinə və yaxınlarına yüksək səviyyədə tibbi xidmət göstərmək olduğunu vurğulayan elmi katib, t.ü.f.d., dosent Aynurə İsmayılova bunun hər birimizin vətəndaşlıq borcu olduğunu deyib.

 

İnsan resursları şöbəsinin müdiri Təranə Atakişiyeva Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət və mərd ordumuzun şücaəti nəticəsində bu gün hər kəsin həsrətində olduğu torpaqlara qovuşduğunu qeyd edib.

 

Bizə qələbəni yaşadan ordumuzun sağlamlığının daim keşiyində duran tibb işçilərinin müharibə zamanı əvəzsiz xidmətlərini vurğulayan həkim-anestezioloq Cavanşir Aslanov çıxışı zamanı şəhid həkimlərin xatirəsini hər zaman yad etməyin önəmindən bəhs edib.

 

Tədbirin sonunda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda mövcud olan tibbi xidmətlərdən yararlanan şəhid və qazi ailələri haqqında hazırlanmış təqdimat nümayiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib