Səhiyyə infrastrukturunun inkişaf etdirilməsi sahəsində əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR
05.11.2022 14:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb.

 

Aztibb.az xəbər verir ki, sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar.

 

İmzalanma mərasimi Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda baş tutub.  Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iş adamları iştirak ediblər.

 

Sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv