Elmi Cərrahiyyə Mərkəzində “Zəfər” abidəsinin açılışı olub
05.11.2022 14:24

Bu gün Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həyətində “Zəfər” abidəsinin açılışı olub.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, abidədə 44 günlük Vətən müharibəsində işğal edilmiş torpaqlarımızın azad edilməsində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət və xalqımızın “dəmir yumruq” ətrafında birləşərək əldə etdiyi qələbənin rəmzi əks olunub.

 

Abidənin açılışında Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev çıxış edərək İkinci Qarabağ müharibəsinin tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacağını vurğulayıb. O, bu qələbənin qazanılmasında xalqımızın birlik və həmrəylik göstərdiyini qeyd edib. Vətən müharibəsində tibb işçilərinin rolundan da danışan direktor kollektivi Zəfər Günü münasibətilə təbrik edib. 

 

Daha sonra Elmi kardiocərrahiyyə şöbəsinin müdiri, professor Fazil Abbasov, Elmi anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, professor Fuad Həsənov 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından söz açıblar. Çıxış edənlər mərkəzin kollektivinin Vətən müharibəsində yaralanmış əsgər və zabitlərimizin malicə və reabilitasiyasında göstərdikləri xidmətləri diqqətə çatdırıblar. 

 

Sonda abidə önünə mərkəzin kollektivi tərəfindən əklil və gül dəstələri qoyulub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib