Nərimanov Tibb Mərkəzinin Baş həkimi Firuz Mövsumov - Peşəkar həkimlərimizi tanıyaq!
05.11.2022 14:23

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızda bu dəfə Nərimanov Tibb Mərkəzinin Baş həkimi Firuz Mövsumov haqqında məlumatları diqqətinizə çatdırırıq.

 

Firuz Yunus oğlu Mövsumov 31 oktyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 1982-1984-cü illərdə A.B.Vişnevski adına Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda kliniki ordinatura keçib. 
 
O, 1984-1987-ci illərdə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetində təhsilini davam etdirib. 1988-ci ildə dissertasiya işini uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
 
Peşəkar həkim 1979-1982-ci illərdə Sumqayıt Doğum Evi Xəstəxanasında anestezioloq-reanimotoloq işləyib. 1989-1991-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müalicə-profilaktika Baş İdarəsinin inspektoru və Azərbaycan Respulikası Səhiyyə Nazirliyinin Xarici əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.
 
Firuz Mövsumov 1991-2021-ci illərdə 5 Saylı Şəhər Kliniki Xəstəxanasının müalicə işləri üzrə Baş həkimin müavini kimi fəaliyyət göstərib. O, 2021-ci ilin aprel ayından Nərimanov Tibb Mərkəzinin Baş həkimidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər