TƏBİB-də İsrailin aparıcı əczaçılıq şirkətinin nümayəndəsi ilə görüş keçirilib
05.11.2022 12:09

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində iştirak edən İsrailin əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən “BioPharmax Afezco” şirkətinin icraçı direktoru Yossi Zabari ilə görüşüb.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə sözügedən şirkətlə əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

 

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonası ilə İsrailin “BioPharmax” şirkəti arasında imzalanan müqaviləyə əsasən, “BioPharmax”ın Azərbaycandakı istehsal sahəsinin tikintisi, eləcə də 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov İsrailin əczaçılıq məhsullarının keyfiyyətindən, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsindən danışıb, qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini diqqətə çatdırıb.

 

Əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən İsrail şirkətinin nümayəndələri istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Azərbaycanda da ixtisaslaşdıqları sahə üzrə istehsala maraqlı olduqlarını, gələcəkdə TƏBİB-lə daha sıx əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 

Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib