ATU əməkdaşları ANKEM konqresində mükafata layiq görülüblər
04.11.2022 15:33

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Antalyada keçirilən beynəlxalq ANKEM konqresində mükafata layiq görülüblər. Artıq 37-ci dəfə təşkil olunan tədbir "Sağlamlığın üçün vaksin ol, antibiotikdən ağılla istifadə et" şüarı altında keçirilib.

 

Aztibb.az xəbər verir ki, ANKEM konqresində ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sadiyeva və II Uşaq xəstəlikləri kafedrasının baş laborantı Aysel Şıxəmmədova iştirak ediblər. ATU təmsilçiləri infeksion xəstəliklər və antibiotiklərin rasional istifadəsi ilə əlaqədar mövzuların fərqli sahələrdə multidisiplinar yanaşmasını hədəfləyən elmi tədqiqatlarını məruzə edərək, 3-cü yer mükafatına layiq görülüblər. 

 

ANKEM Konqresi çərçivəsində 4 konfrans, 19 panel sessiyası, 25 sözlü məruzə, 15 poster məruzə və bir peyk simpoziumu baş tutub. Tədbirdə infeksion xəstəliklərdə antibiotiklərə davamlılıq, antibiotiklərin rasional istifadəsi, epidemioloji dəyərləndirmələr, farmako-iqtisadi yanaşma, uşaq və yetkinlərin vaksinasiyası,  cərrahi və kritik xəstə infeksiyaları daxil olmaqla tibbin aktual mövzuları üzrə müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub