"Medinex 2022" sərgisi uğurla davam edir
04.11.2022 11:47
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex 2022" sərgisi uğurla davam edir.
 
Aztibb.az xəbər verir ki, sərginin ilk günündə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.,dos. Allahverdi Musayev, baş həkim Uzman.Dr Azər Əhmədov, ETPİ-nin direktor müavini t.e.d., dos. Nailə Rəhimova, ETPİ-nin Uşaq Klinik Xəstəxanasının direktor müavini Naibə Məmmədova, ETPİ-nin Uşaq Nevroloji Xəstəxansının direktor müavini Səadət Ələsgərova, ETPİ-nin Uşaq Bərpa Mərkəzinin direktor müavini Cəmilə Talıbova və həkim əməkdaşları da iştirak edib.
 
Məlumat üçün bildirək ki, Medinex - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
 
Sərginin ekspozisiyası dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkəti birləşdirəcək.
 
Bu il “Medinex 2022” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in fəal iştirakı və dəstəyi ilə keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər