Səhiyyə Nazirliyində Macarıstanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
04.11.2022 08:52

Azərbaycanın Səhiyyə Nazirliyində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.

 

Aztibb.az xəbər verir ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

 

Nazir çıxışında innovasiyaların iqtisadi və sosial inkişafın əsas təkanverici qüvvəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün səhiyyədə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir.

Bildirilib ki, əczaçılıq sənayesi dünya iqtisadiyyatının ən çox bilik tələb edən yüksək texnologiyalı və eyni zamanda sürətlə inkişaf edən seqmentlərindən biridir. Macarıstan əczaçılıq məhsullarının hər zaman yüksək keyfiyyətinə görə seçildiyini vurğulayan nazir ikitərəfli münasibətlərin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirıb.

 

Sonra farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərinin nümayəndələri öz məhsulları haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycan ilə əczaçılıq sənayesi sahəsində əməkdaşlığın daha daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğulayıblar.

 

Qarşılıqlı anlaşma mühitində keçən görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib