"Ailəvi autoiltihabi sindromlar" mövzusunda seminar keçirilib
03.11.2022 17:31
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, professor Fərhad Talıbov, klinikanın həkimləri və rezidentlərinin iştirakı ilə “Ailəvi autoiltihabi sindromlar" mövzusunda seminar keçirilib.
Aztibb.az-ın xəbərinə görə, tədbirdə çıxış edən klinikanın revmatologiya şöbəsinin həkim-rezidenti Səmədova Səltənət xəstəlik, onun diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verib. Həkim ailəvi autoiltihabi sindromların (Ailəvi Aralıqdənizi qızdırması-FMF; PAPA; PFAPA; TRAPS; CAPS; HİDS) böyük bir qrup xəstliklər olduğunu bildirib.
Səltənət Səmədova xəstəliyin etiologiyasından da danışıb. O, bunun genetik dəyişikliklər olduğunu, anadangəlmə immun sisteminin iştirak etdiyini, adətən uşaqlıq dövründə başladığını və müəyyən etnik qruplarda daha çox olduğunu (FMF: şərq Aralıqdənizi sakinlərində-türklərdə, yahudilərdə, ermənilərdə, ərəblərdə) diqqətə çatdırıb.
Xəstəliyin əlamətlərindən danışan məruzəçi bunun əsasən yüksək hərarət, dəridə səpgilər, artrit (iri oynağın monoartritı-bud-çanaq, diz, aşıq-baldır, əl-bilək), serozitlər, göz iltihabı olduğunu qeyd edib.
Həkim xəstəliyin müalicəsi haqqında da ətraflı məlumat verib. Bildirib ki, xəstəlik əsasən kolxisin, bioloji aqentlər (anakinra) və İL-1 β inhibitorları ilə müalicə olunur. Xəstə vaxtında müailicə almazsa Amiloidoz (AA forma) və böyrək çatışmazlığı yarana bilər.
Sonda S. Səmədova tərəfindən iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

