Birinci Qarabağ müharibəsində iştirak edən Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının əməkdaşı - Muxtar Rəhimov
03.11.2022 16:05
Aztibb.az Birinci Qarabağ müharibəsində iştirak edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Texniki Təsərrüfat şöbəsinin əməkdaşı Muxtar Rəhimovu təqdim edir:
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Texniki Təsərrüfat şöbəsinin əməkdaşı Muxtar Rəhimov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Təchizat şöbəsinin inspektoru olaraq polis təlimlərində iştirak etdikdən sonra könüllü olaraq cəbhəyə yollanmışdır. Müharibə zamanı M.Rəhimov 1993-1994-cü illərdə Ağdərə rayonunun Canyataq, Gülyataq, Qalayçılar və Papravent kəndlərində gedən şiddətli döyüşlərdə baş serjant kimi iştirak etmişdir.
 
Qeyd edək ki, M.Rəhimov 1984-1986-cı illərdə Rusiya Federasiyasının Moskva şəhərində Hərbi Aviasiya polkunda radioötürücü qurğular üzrə 3-cü dərəcəli aviamexanik vəzifəsində hərbi xidmətdə olub. O, 1992-2015-ci illərdə Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyində Təchizat şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərib. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsində çalışır.
 
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və möhtəşəm qələbənin qazanılmasında Muxtar Rəhimovun da payı var.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər