Problem şurasının iclasında tibb elmləri üzrə 11 dissertasiya işi təsdiqlənib
03.11.2022 11:39

AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb elmləri üzrə Problem Şurasının tibb işçi qrupu ilə birgə iclası keçirilib.

 

İclasda tibb üzrə 12 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktoru Rasim Cəfərli və tibb üzrə fəlsəfə doktoru Aynur Safıyeva tərəfindən təqdim edilib.

 

Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (AMEA-nın müxbir üzvü Nuru Bayramov, t.e.d., prof. Eldar Qasımov, ə.e.d., prof. Tahir Süleymanov, t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nailə Sultanova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

 

Müzakirəyə çıxarılan 11 dissertasiya işi bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib