Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Türkiyədə dərs keçib
03.11.2022 12:00

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Türkiyənin Ömer Halisdemir Universitetinin (NÖHÜ) Tibb fakültəsinin Tibbi patologiya kafedrasında iki həftə müddətində dərs keçib. 

 

Aztibb.az xəbər verir ki, səfər Türk Dövlətləri Təşkilatı Türk Universitetləri Birliyinin “Orhun mübadilə proqramı” çərçivəsində reallaşıb.

 

Səfər ərzində dosent M.Orucov NÖHÜ-nün rektoru, professor Hasan Uslunun Tibb fakültəsinin professor-müəllim heyəti ilə illik görüşündə iştirak edib, fakültənin dekanı, professor Üner Kayabaş və universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dr. Hülya Üründü ilə görüşlər keçirib.

 

Görüşlər zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri, Türkiyədə tibb təhsilinin metodoloji əsasları və s. məsələlər barəsində fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib