Teymur Musayev səhiyyə sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunan sərginin təşkilini təklif edib
03.11.2022 12:29

Ölkə səhiyyəsinin inkişafı dövlət quruculuğunda prioritet istiqamətlərdən olduğundan tibbi sərgilər respublikamızda müstəqilliyin ilk illərindən keçirilməyə başlayıb. Bugünkü sərgi artıq 30 ilə yaxın bir dövrü əhatə edən müsbət ənənənin davamıdır.

 

Aztibb.az xəbər verir ki, bunu “Medinex” və “Beauty Azerbaijan” sərgisinin rəsmi açılışında səhiyyə naziri Teymur Musayev deyib.

 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir.

 

Eyni zamanda, tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər.

 

Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən danışan T.Musayev deyib: “Nazirliyin əsas vəzifələrindən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Bu baxımdan, Səhiyyə Nazirliyi olaraq tibb ictimaiyyətinə innovativ məhsulların tanıdılmasına, mütəxəssislərin müasir trendləri izləməsinə, elmi-texniki nailiyyətlərin tətbiqinə imkan yaradan sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyirik.

 

Səhiyyə sektoru qlobal miqyasda ən sürətlə inkişaf edən sahələrdəndir. Bugünkü şəraitdə uğur qazanılması üçün keyfiyyətli məhsulların yalnız istehsalı və onların bazara çıxardılması kifayət etmir. Tibbi məhsulların tanıdılması uğuru istehsal uğuru qədər əhəmiyyətlidir”.

 

Bu gün 10-dan çox ölkədən 80-ə yaxın şirkətin qatıldığı “Medinex” sərgisinin artıq 2-ci dəfədir ölkəmizdə təşkil olunduğunu vurğulayan nazir əlavə edib: “2019-cu ildən ötən dövrdə COVID-19 pandemiyası hər bir ölkənin özünü tibbi məhsullarla təmin edə bilməsinin strateji məsələ olduğunu önə çıxartdı. Bu baxımdan, budəfəki sərginin əhəmiyyətini bir daha vurğulamaq istərdim. Bu gün burada qurulan münasibətlərin qarşılıqlı biznes maraqlarının yüksəldilməsinə, investisiya yatırımlarının artırılmasına və əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyinə inanıram”.

 

“Medinex” sərgisinin həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, eyni zamanda, hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacağını və növbəti illərdə yerli istehsal olan tibbi məhsullar və avadanlıqların sayının artırılacağını bildirən T.Musayev deyib: “Səhiyyə naziri olaraq bir təşəbbüs irəli sürmək istərdim. 2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu beynəlxalq elmi nəşrlərin tanıdılmasına həsr olunan sərginin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir sərginin təşkili üçün hər cür dəstək göstərməyə hazırdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər