Şirvanda "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib
03.11.2022 11:20
01 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şirvan Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi- Rafael Nəsirov, Şirvan şəhər Polis şöbəsinin sahə rəisi Polis Kapitanı Rəhimov Emin, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Nərmin Məmmədova, Şirvan Gənvlər Evinin əməkdaşı Nicat Sarxanov, GİKM Şirvan nümayəndəliyi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri və Şirvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin fond mühafizi Yahyayeva Fəridə açaraq bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi- Rafael Nəsirov yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyini diqqətə çatdırıb. Erkən nikah və onun fəsadları, uşaqların hüquqları, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması barədə geniş məlumat verib. Gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu beynəlxalq sənədlərdən və qəbul edilən qanunlardan bəhs edib.
Gənclər evinin əməkdaşı Nicat Sarxanov və Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Nərmin Məmmədova psixoloji yardım haqqında qanunun əsas anlayışları, psixoloji yardımın növləri və formaları, psixoloji yardım sahəsində dövlət siyasəti, psixoloji yardımın prinsipləri, təhsil və tibb müəssisələrində psixoloji yardımın xüsusiyyətləri ilə bağlı məlumat veriblər. Gənclərə psixoloji sağlamlıqlarını qorumaqları və əlavə qeyri formal təhsildən faydalanmaları tövsiyə edilib.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

