Klinik diaqnozun qoyulmasında laborator analizlərin rolu böyükdür
03.11.2022 10:50
Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriyasının müdiri məruzə oxuyub.
 
Aztibb.az xəbər verir ki, noyabrın 2-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında (TCK) elmi seminar keçirilib. Seminarda ATU-nun Tədris Cərrahiyyə, Terapevtik və Onkoloji klinikalarının həkim və həkim-rezidentləri iştirak ediblər. Seminarı TCK-nın Rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov açaraq, TCK-nın Klinik-Diaqnostik Laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Yavər Hacısoyun “Analizlərə təsir göstərən preanalitik faktorlar” mövzusunda məruzə edəcəyini bildirib.
 
Y.Hacısoy dövrümüzdə klinik diaqnozun qoyulmasında laboratoriyaların əhəmiyyəti, nəticələrin həkim və pasiyentlərə doğru çatdırılmasının vacibliyindən söhbət açıb. Bildirib ki, dünyada xəstəxanalara müraciət edənlərin təxminən 80 faizi laborator analiz verir: “Əksər hallarda diaqnozun 60-70 faizi laboratoriyanın nəticəsindən asılı olur. Bu, olduqca böyük rəqəmdir. Bu da bir daha laboratoriyanın klinik diaqnozda nə dərəcədə əhəmiyyətli olduğunu göz önünə gətirir”.
 
Məruzəçi, eyni zamanda testlərin həkimlər tərəfindən necə istənilməsi, nümunələrin götürülməsi, laboratoriyaya çatdırılması, analizatorlarda işlənilməsi və həkimlərə təqdim olunması mərhələlərində buraxıla biləcək xətalar haqqında iştirakçılara geniş məlumat verib. Y.Hacısoy, həmçinin doğru zamanda və doğru nəticənin verilməsi üçün qarşılaşılacaq pre və post-analitik xətaların bilinməsi və önlənməsi üçün hansı tədbirlərin görülməsi haqqında tövsiyələrini də gənc həkimlərlə bölüşüb.
 
Sonda geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib