Məktəblilər sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırılıb
02.11.2022 17:09
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 2 noyabr 2022-ci ildə Bakı şəhəri 232 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəbliləri sağlam qidalanma və onurğa xəstəlikləri ilə bağlı məlumatlandırmaq idi.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin əməkdaşı Gülnarə Cəfərova “Məktəbli uşaqların qidalanması” mövzusu üzrə təqdimatla çıxış edərək bildirib ki, məktəbəqədər və məktəbyaşlı uşaqlar hər gün ən azı dörd dəfə qida qəbul etməli, qida qəbulları arasında meyvə və tərəvəzlər yeyilməlidir.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Zümrüd Kazımova “Düzgün qamət. Skoliozun profilaktikası” mövzusunda geniş təqdimatla çıxış edib. O bildirib ki, məktəbyaşlı uşaqlarda bu problemə daha çox rast gəlinməsi ağır çantaların birtərəfli daşınması, fiziki fəallığın az olması ilə bağlıdır.
 
Məktəblilərə sağlam həyat tərzi sürmək, düzgün qidalanmaq, fiziki aktiv olmaq tövsiyə olunub.
 
Yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib