“Sosial mediada tibbi məlumatların sentiment analizi” mövzusunda məruzə dinlənilib
02.11.2022 11:30

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, şöbənin əməkdaşı Nərgiz Şıxəliyeva “Sosial mediada tibbi məlumatların sentiment analizi” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzəçi tibbi sosial şəbəkələr, onun münasibət seqmentləri, informasiya mənbələri, maşın təlimi metodları, sentiment analiz və s. haqqında məlumat verib. Qeyd edib ki, bu gün həkimlər, pasiyentlər, tibb bacıları tibbi sosial şəbəkələrdən və onlayn platformalardan istifadə edərək sağlamlıq problemləri, xəstəliklər, dərmanlar və s. ilə bağlı biliklərini, rəylərini bölüşür, məsləhətlər alırlar. Tibbi sosial media subyektlərinin belə fikir və rəyləri media resurslarını tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli informasiya mənbəyinə çevirir. Bu mənbələrdən istifadə etməklə müvafiq qərarların qəbul edilməsi sentiment analizin tətbiqini aktuallaşdırır.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

 

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər, gənc tədqiqatçıya müvafiq istiqamətdə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib