Tibb Universitetinin kafedra müdiri beynəlxlaq konfransda çıxış edib
02.11.2022 12:03

Oktyabrın 24-25-də Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev Türkiyənin Elm və Sağlıq Dərnəyinin dəvəti ilə İstanbulun Bahçeşehir Universitetində baş tutmuş nəzəri-praktik elmi konfransda iştirak edib. 

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, A.Abdullayev Türkiyə, Qazaxıstan və Moldovadan konfransa qatılmış mütəxəssislər qarşısında “Üzün inkişafı. Üz əzələlərinin formalaşması” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

 

Qeyd edək ki, üzün anatomiyasına maraq bütün dövrlərdə mövcud olsa da, müasir zamanda plastik və rekonstruktiv cərrahiyyənin, kosmetik əməliyyatların artması, təbii ki, bu sahəyə diqqətin daha da güclənməsinə səbəb olub, anatomlar qarşısında təcrübi təbabətin maraqlarına xidmət edən elmi tədqiqatların aparılması, təşrihin daha incə və detallı metodlarının tətbiqi məsələsini aktuallaşdırıb. Bu kimi tədbirlər də məhz həmin məqsədə xidmət edir. 

 

Tədbir çərçivəsində həmçinin dünya şöhrətli anatomlar, professor Gürsel Ortuğ və professor doktor Çağatay Barutla keçirilən görüşdə Azərbaycan və Türkiyə anatomlarının birgə fəaliyyətinin yeni aspektlərinə toxunulub, əməkdaşlıq perspektivləri müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib