ATU-da akkreditasiya prosesinə dair beynəlxalq seminar keçirilib
01.11.2022 13:37

Azərbaycan Tibb Universitetində (ATU) Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) təşkilatçılığı ilə “Beynəlxalq akkreditasiya – təhsilin keyfiyyətinin artırılması aləti” mövzusunda beynəlxalq seminar keçirilib.

 

Tədbirdə Azərbaycanın bir sıra universitetlərinin rektorları və rəhbər şəxsləri, təhsil üzrə beynəlxalq ekspertlər, müəllimlər iştirak ediblər.

 

Seminarda ATU-nun rektoru, professor Gəray Gəraybəyli pedaqoji prosesin daim inkişafda olduğunu bildirərək təhsildə innovasiya və yeni texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb: “Azərbaycan universitetləri dünya bazarında rəqabətə davamlı kadrlar yetişdirilməsi uğrunda daim inkişaf prosesindədirlər. Lakin bu prosesin uğurlu nəticələnməsi üçün kənardan müstəqil ekspert rəyi, müstəqil baxışın olması çox önəmlidir. Məhz bu səbəbdən Azərbaycan Tibb Universiteti olaraq dünya miqyaslı reytinq strukturları tərəfindən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyini seçdik“.

 

Pofessor G.Gəraybəyli üç ildən çox davam edən hazırlıq mərhələsi, beynəlxalq akkreditasiya prosesinin gedişatı haqqında iştirakçılara ətraflı məlumat verib. O, ali məktəblər üçün təhsilin keyfiyyətinin artırılması, beynəlxalq nüfuzun yüksəldilməsi, eni bacarıqların əldə edilməsi baxımından beynəlxalq akkreditasiya prosesinin böyük önəm daşıdığını bildirib.

 

Sonra çıxış edən IAAR-ın baş direktoru Alina Jumaqulova Azərbaycanın səhiyyə sahəsində ilk dəfə Tibb Universitetinin üç ixtisas üzrə tədris proqramını uğurla akkreditasiyadan keçdiyini deyib. Qlobal reallıqlar fonunda beynəlxalq akkreditasiyanın önəmindən danışan A.Jumaqulova təhsildə keyfiyyətin təminatında IAAR agentlinin təqdim etdiyi imkanlardan söz açıb. Bildirib ki, akkreditasiya istənilən universitet üçün xarici tələblərin qəbulu və xarici ölkələrdə diplomların tanınması üçün əhəmiyyət addım olmaqla yanaşı, həmçinin ali məktəblərin beynəlxalq aləmə inteqrasiyasına töhfə verir.

 

Daha sonra Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təmsilçiləri çıxış edərək təhsilin keyfiyyətinin artırılması üçün istifadə olunan mexanizmlər, kənar ekspert rəyinin hazırlanmasında meyarlar və digər təqdimatlarla çıxıb ediblər. Sonda akkreditasiya pfrosesi barədə suallar cavaablandırılıb.

 

Qeyd edək ki, IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib