267 nömrəli tam orta məktəbdə sağlam həyat tərzinə dair maarifləndirici tədbir keçirildi
01.11.2022 10:06
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 31 oktyabr 2022-ci ildə Bakı şəhəri 267 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirildi.
 
Aztibb.az xəbər verir ki, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva çıxış edərək bildirdi ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirdə məqsəd məktəbliləri zərərli vərdişlər və qurd xəstəlikləri ilə bağlı məlumatlandırmaqdır.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verdi, gənc nəslə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olundu.
 
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova “Qurd xəstəliklərinin profilkatikası” mövzusunda təqdimatla çıxış edərək qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar barədə ətraflı məlumat verdi. O bildirdi ki, bu xəstəlik daha çox 5-14 yaşlı uşaqlar arasında müşahidə olunur və müalicə edilmədikdə bir sıra problemlərə, o cümlədən boyatma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, qəbizliyə, qan azlığı kimi xəstəliklərə gətirib çıxara bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib