"Modern Hospital" klinikasının həkim-uroloqu tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb
31.10.2022 17:06
"Modern Hospital" klinikasının həkim-uroloqu Elza Binnətovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
 
Aztibb.az-ın xəbərinə görə, o, "Yatrogen veziko-vaginal fistulların cərrahi müalicəsi və nəticələrin yaxşılaşdırma yolları" mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
 
Tədqiqat işində fistulların yerləşməsini, toxumaların vəziyyətini, sayını, ölçülərini nəzərə alaraq cərrahi girişlər müəyyən edilib və residiv fistulların yaranma səbəbləri araşdırılıb. Tədqiqat nəticəsində fistulların diaqnostikasında yetərli olduğu, ekskretor uroqrafiya, KT və MRT müayinələrinə ehtiyac olmadan (sidik axarı zədələmələri daxil deyil) transvezikal və transvaginal VVF ləğvi əməliyyatlarına göstərişlər, girişlərin üstünlükləri və çatışmazlıqları müəyyənləşdirilib.
 
Dissertasiya işinin praktik əhəmiyyəti ginekoloqların, uroloqların və orta tibb işçilərinin bu sahədə peşəkarlıqlarının artırılması, eləcə də VVF ləğvi əməliyyatlarında residiv fistulların yaranmasının qarşısını almaq üçün müayinə və müalicə planının hazırlanmasından ibarətdir.
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib