"Türk dövlətləri dərman və ləvazimatları özləri istehsal etməlidir"
31.10.2022 12:56

"Biz birgə hərəkət etməklə öz dərman və ləvazimatlarımızı istehsal edə bilən böyük bir ailə olmalıyıq".

 

Aztibb.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, pandemiya dövrü səhiyyə sahəsi ilə bərabər ölkələr arasında dostluğun da sınağı oldu: “Qardaş ölkələrimiz bu mübarizədə bizimlə birgə ən öndə oldular. Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi səhiyyə sistemimizin güclü olmasının vacibliyini göstərdi. Son 20 ildə türk səhiyyə sisteminə qoyulan investisiyalar göz qabağındadır, şəhər xəstəxanalarında göstərdiyimiz xidmətlər dünya tərəfindən qibtə ilə izlənməkdədir”.

 

F.Koca səhiyyə sahəsində türk dövlətlərinin əməkdaşlıq perspektivlərinin bu platforma nəticəsində daha da artacağını vurğulayıb

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib