Teymur Musayev Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşüb
30.10.2022 21:33

Bu gün Azərbaycanın Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğun təşkilatı dəstəyi ilə qardaş ölkənin dövlət və özəl sektorunda çalışan və ya təhsilini davam etdirməkdə olan 25-ə yaxın azərbaycanlı həkimlərlə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən bildirilib.

 

Görüşdə səhiyyə naziri Teymur Musayev ölkə Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırladıb: "Vətənimiz daim şərəf gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətənini heç vaxt unutmayıb, hər zaman xalqımıza öz dəstəyini göstəriblər. Belə ki, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər”.

 

Teymur Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman olduğu kimi dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.

 

Öz növbəsində Türkiyədə çalışan həkimlərimiz onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, qardaş ölkədə onlar üçün yaradılmış şərait haqqında məlumat veriblər.

 

Sonda səhiyyə naziri Teymur Musayev Türkiyədə çalışan həkimlərimizin ünvanladıqları sualları cavablandırıb.

 

Görüşdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib