"İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda tədbir keçirilib
29.10.2022 23:18

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Dayaq Patronaj xidmətinin və "Seni" brendinin birgə təşkilatçılığı ilə 29 Oktyabr - Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov açılış nitqi ilə çıxış edərək Ümumdünya İnsultla Mübarizə Gününün tarixi barədə məlumat verib. O, əlamətdar günün bu il “Dəqiqələr həyat xilas edə bilər” şüarı ilə dünyanın 40-dan çox ölkəsində qeyd edildiyini vurğulayıb.

 

E.Məmmədov insult keçirmiş xəstələrə diaqnostikadan reabilitasiyaya qədər bütün mərhələlərdə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsinin önəmini qeyd edib. O, təşkil olunmuş tədbirin insultlu xəstələrlə birbaşa işləyən müvafiq ixtisas sahiblərinin mövcud bilik və bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. E.Məmmədov çıxışının sonunda iştirakçıları müzakirələrdə fəal iştiraka dəvət edib.

 

Tədbirin elmi hissəsində Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova “İnsultda əsas reabilitasiya prinsipləri: Mirror terapiya (güzgü terapiyası) və FES (Funksional Elektrik Stimulyasiya)”, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, nevroloq, reabilitoloq Mərziyyə Məmmədova “İnsultdan sonra reabilitasiyanın meyarları və qiymətləndirilməsi. İnsultun reabilitasiyası və insultun ikincili profilaktikası” və Dayaq patronaj xidmətinin həkim məsləhətçisi, anestezioloq-reanimatoloq Seyranə Mirzəyeva “İnsult keçirmiş xəstələrə ev şəraitində qulluğun təşkili: praktik nümunələr” mövzusunda məruzələrlə çıxış edib.

 

Müxtəlif dövlət və özəl tibb müəssisələrinin fizioterapevt-reabilitoloq, nevropatoloq ixtisaslı həkimlərinin, orta tibb personalı və rezidentlərin iştirak etdiyi tədbirdə təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb və aktiv müzakirə sessiyası həyata keçirilib.

 

200-dək mütəxəssisin distant, 80 nəfər mütəxəssisin əyani iştirak etdiyi tədbir, eyni zamanda, Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən də canlı yayımlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib