MDB hökumət başçıları səhiyyə sahəsində əməkdaşlıq haqqında sənədləri imzalayıblar
29.10.2022 14:21

Oktyabrın 28-də Astanada Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası keçirilib. Şuranın iclasında səhiyyə sahəsində əməkdaşlığın enişləndirilməsinə yönəlmiş sənədlər qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, hökumət başçıları, o cümlədən, MDB üzvü olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitar-epidemioloji xarakterli fövqəladə halların qarşısının alınması və belə hallara cavab tədbirləri üzrə Əməkdaşlıq Haqqında Sazişin layihəsini imzalayıblar.
Sənəddə nəzərdə tutulur ki, tərəflər Birlik ölkələri ərazisində sanitar mühafizə tədbirlərinin, o cümlədən ixtisaslaşdırılmış epidemiya əleyhinə briqadaların köməyi ilə həyata keçirilməsini tələb edən fövqəladə halların qarşısının alınmasında və aradan qaldırılmasında əməkdaşlıq edəcəklər. Sazişdə bu briqadaların işinin əsas istiqamətləri və qaydası, habelə dövlət sərhədlərindən keçməkdə prioritetə malik olması müəyyən edilib.
Sazişin tərəfləri olan dövlətlərdən birinin ərazisində fövqəladə vəziyyət yarandıqda həmin dövlətə müvafiq sorğu ilə müraciət edəcəyi halda ona kömək göstəriləcək.

Belə köməyin təqdim edilməsi şərtləri, köməyin növləri və həcmi, epidemiya əleyhinə ixtisaslaşdırılmış briqadaların şəxsi heyətinin təşkilati strukturu və sayı, habelə bu briqadaların texniki vasitə növləri ilə təchiz edilməsi qaydası hər bir konkret halda kömək istəyən və köməyi təqdim edən tərəflər arasında razılaşma ilə müəyyən edilir.

Hökumət Başçıları Şurası tərəfindən təsdiq edilmiş ikinci sənəd MDB üzvü olan dövlətlərin mikrob əleyhinə preparatlara dözümlülüyə qarşı mübarizə üzrə Birgə Fəaliyyət Planı olub.

Bu planda sadalanan tədbirlər dövlətlərdə vəziyyətin təhlilinə əsaslanır, mikrob əleyhinə preparatların istifadə edildiyi bütün sahələr (səhiyyə, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, bitkiçilik, akvakultura, qida məhsullarının istehsalı və dövriyyəsi, ətraf mühitin mühafizəsi) üçün kompleks və sektorlararası yanaşma müəyyən edir.

Sənədin məqsədi vətəndaşların sağlamlığının qorunmasına yönəlmiş, beynəlxalq profil təşkilatlar, o cümlədən ÜST, FAO və BMT-nin digər təşkilatları tərəfindən bəyənilmiş vasitələrdən istifadə etməklə ən yaxşı praktikalar sahəsində təcrübə mübadiləsi əsasında mikrob əleyhinə preparatların yayılmasının qarşısının alınması və məhdudlaşdırılması sahəsində Birlik ölkələrinin əlaqələndirilmiş tədbirlərinin həyata keçirilməsidir.
Planda təşkilati-hüquqi və təşkilati-praktiki tədbirlər, bu tədbirlərin informasiya, elmi və kadr təminatı nəzərdə tutulub. Plan 2022-2026-cı illərdə həyata keçiriləcək.

Qeyd edək ki, bu sənədin hazırlanması və qəbul edilməsi MDB-nin gələcək inkişafı Konsepsiyasının həyata keçirilməsinə dair Əsas Tədbirlər Planında nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib