Əmək və əhalinin sosial müdafiə naziri yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbçilərlə görüşüb
29.10.2022 12:59

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərlə təmin olunmuş, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb.

 

Görüşdə nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) keçmiş hərbçiləri də iştirak ediblər.

 

Aztibb.az-ın məlumatına görə, S.Babayev bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketi şəhid ailələri, müharibə iştirakçılarından ibarət olmaqla 119 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 243 min xidmət göstərilib. O cümlədən, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev təqdim edilib. Vətən müharibəsindən sonra 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

 

Həmin dövrdə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 15,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8,8 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. 11 min nəfər isə sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub, həmçinin digər istiqamətlərdə dəstək işləri görülüb.

 

Qeyd olunub ki, postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2600-ə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib, həmin kateqoriyadan olan 1654 şəxsə isə 26260 reabilitasiya vasitəsi verilib.

 

Prezidentin tapşırığına əsasən, başlıca dəstək istiqamətlərindən biri də Zəfərimiz naminə şərəfli döyüş yolu keçərkən yaralanıb əzalarını itirmiş igid hərbçilərimizin son nəsil yüksək texnologiyalı protezlərlə təminatı olub. 2020-ci ildən bu proqrama başlanılıb və artıq yekunlaşdırılıb. Eyni zamanda, həmin proqram paralel olaraq Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edib.

 

Ümumilikdə müharibə ilə əlaqədar əlilliyi olan 353 şəxs 368 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

 

2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib və nəticədə reabilitasiya xidmətləri göstərilməsi üçün potensial 3,6 dəfə artıb.

 

Müasir tələblərə uyğun qurulmuş həmin reabilitasiya infrastrukturu müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təmin edilməsi baxımından da mühüm önəm kəsb edir.
Son nəsil protezlə təmin olunmuş hərbçilərdən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər Ziya Kazımov, Mobil Əhmədzadə, Bəşir Məmişov, nazirliyin müxtəlif strukturlarında işlə təmin olunmuş XTQ hərbçiləri Turab Allahverdiyev, İlham Əliyev müharibə iştirakçılarının rifahı, eyni zamanda əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası, müasir reabilitasiya vasitələri ilə təmin edilməsi, yenidən aktiv həyata dönüşü üçün aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


S.Babayev və müasir protezlə təmin olunmuş hərbçilər, XTQ hərbçiləri yüksək texnologiyalı protezlərin istehsalı sexi ilə tanış olublar.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib