UNESCAP-ın iclasında Azərbaycanda əlillik sahəsində aparılan islahatlar barədə məlumat verilib
28.10.2022 14:43

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) cari ilin 19-21 oktyabr tarixlərində İndoneziya Hökumətinin təşkilatçılığı ilə Cakarta şəhərində “Əlilliyi olan şəxslərin Asiya və Sakit Okean Hövzəsi üzrə 2013-2022-ci illər üçün Yekun İcmalına dair yüksək səviyyəli hökumətlərarası iclası” keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası üzv ölkələrindən nümayəndə heyətləri, müşahidəçi statusunda olan dövlətlərin təmsilçiləri, beynəlxalq və dövlətlərarası təşkilatlar, qeyri-hökumət təşkilatları, o cümlədən əlilliyi olan şəxslərin hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları geniş tərkibdə iştirak edib.

 

İclasda onlayn formatda Azərbaycandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev iştirak edib.

 

O, çıxışında əlillik sahəsində ölkəmizdə son 4 ildə aparılmış islahatlar, əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, rəqəmsal transformasiya və həllərin genişləndirilməsi, xidmətlərin proaktivləşdirilməsi, dövlət dəstəyinin dayanıqlılığı istiqamətində atılan mühüm addımlar qeyd edilib.

 

S.Qocayev erməni işğalından azad olunmuş ərazilərimizdə minalardan yaralanma və həlak faktlarına dair məlumatları da geniş auditoriyanın diqqətinə çatdırıb.

 

S.Qocayevin iclasdakı çıxışını aşağıdakı linkə daxil olaraq  6:05:14-cü saniyədən izləyə bilərsiniz:

 

https://youtu.be/NvQm-etuEx4?t=21965 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib