Bərdədə psixi sağlamlıq sahəsində boşluqları aradan qaldırmaq üçün təlim keçirilib
28.10.2022 09:42

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin səhiyyə xidməti göstərən həkimlər üçün oktyabrın 26-dan 28-nə kimi ilk mhGAP (psixi sağlamlıq sahəsində boşluqları aradan götürmək üçün tədbirlər planı) təlimi təşkil edilib.

 

Aztibb.az ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, mhGAP üzrə təlim proqramını tamamlayan yerli təlimçilər ÜST-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Nərmin Osmanlı, Səhiyyə Nazirliyinin nümayəndəsi Nicat Səfərəliyev və TƏBİB-in əməkdaşı Yeganə Qasımova ilkin səhiyyə xidməti göstərən həkimlərə ən çox rast gəlinən psixi sağlamlıq problemlərini müəyyən etmək, idarə etmək və yönləndirmək üzrə təlim keçib. Təlimdə klinik depressiya, təşviş, post-travmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq problemləri haqqında, eləcə də yardım üçün müraciət edən şəxslərə düzgün yanaşmanın təməl prinsipləri barəsində sessiyalar yer alıb.

 

Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası layihəsi psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə səviyyəsində təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Layihənin məqsədi psixi sağlamlıq və psixo-sosial dəstək üçün multidisiplinar koordinasiya mexanizminin yaradılmasına yardım etmək və ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaqdır. Layihə Aİ və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib