Respublika Diaqnostika Mərkəzi regionda minimal invaziv cərrahiyyə sahəsində ekspert mərkəzi kimi tanınır 
28.10.2022 09:28
Respublika Diaqnostika Mərkəzi (RDM) nəinki ölkəmizdə, eyni zamanda regionda Minimal İnvaziv Cərrahiyyə sahəsində qabaqcıl yerə sahibdir və artıq Ekspert Mərkəzi olaraq tanınır.
 
Laparoskopik mürəkkəb əməliyyatların icra olunmasının əsas şərtləri təcrübəli komanda və qabaqcıl texnologiyaların mövcudluğudur.
 
Ötən həftə Orta Asiya ölkələrindən təlimdə iştirak məqsədilə Mərkəzə səfər edən cərrahlar iki gün ərzində “Laparoskopik Kolorektal Cərrahiyyə” mövzusunda master klassda iştirak ediblər.
 
RDM-in Cərrahiyyə şöbəsinin rəhbəri, uzman cərrah İlqar İsmayılov ekspert-təlimçi qismində kursyerlərə nəzəri dərslərlə yanaşı,  canlı cərrahiyyə zamanı təcrübə paylaşımında iştirak edib. 
 
RDM Minimal İnvaziv Gastrointestinal Cərrahiyyədə ekspert-mərkəz roluna sahib qurum kimi beynalxalq treninqlərin mütəmadi təşkilini planlaşdırır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib