Reabilitasiya kursu keçən müharibə əlilləri ilə görüş keçirilib
27.10.2022 17:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən müharibə əlilləri ilə görüş keçirilib.

 

Aztibb.az-ın əldə etdiyi məlumata görə, görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu, Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli və hərbi ekspert Ədalət Verdiyev iştirak edib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonra Nazirlik tərəfindən icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs olunub. Bu proqram çərçivəsində Agentliyin reabilitasiya müəssisələrində müharibə əlillərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlər, eləcə də onların reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb.

 

QHT nümayəndələri müəssisədə əlilliyi olan şəxslərə, habelə müharibə əlillərinə göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.

 

Reabilitasiya kursu keçən müharibə əlilləri diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib