Agentlik “Medinex-2022” sərgisində xüsusi stendlə təmsil olunacaq
27.10.2022 16:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilk dəfədir ki, “Medinex-2022” sərgisinin rəsmi sponsoru qismində çıxış edir. Agentlik özü də sərgidə xüsusi stendlə təmsil olunur. Burada ziyarətçilər icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.

 

Bunu “Medinex-2022” sərgisinə həsr olunan mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

 

A.Əhmədova qeyd edib ki, “Medinex-2022” sərgisinin təşkili dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək. Beləliklə, Azərbaycan səhiyyəsinin inkişafına, tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq”.

 

İcbari tibbi sığortanın əsas məqsədinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması olduğunu bildirən A.Əhmədova bütövlükdə səhiyyə sisteminin idarə edilməsində, tibbi avadanlıq, dərman istehsalında yeni innovativ texnologiyaların tətbiqinin qarşımıza qoyulan vəzifənin – icbari tibbi sığortanın tətbiqinə böyük töhfə verdiyini deyib.

 

“Tibbi xidmətlərin keyfiyyətinin artırılması əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Tibdə yeni texnologiyaların tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı nəticə etibarı ilə sonrakı mərhələlərdə tibbi xərclərin azalması deməkdir. Bu da əhaliyə daha çox sayda tibbi xidmətin göstərilməsi üçün maliyyə resurslarının həmin istiqamətdə ayrılmasına və beləliklə də, icbari tibbi sığortanın xidmətlər zərfinin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verə bilər. Bu vəzifələrin yerinə yetirilməsində maraqlı tərəflərin hər biri ilə əməkdaşlıq etməyə hazırıq.

 

Sərgi yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və gələcək inkişaf perspektivləri üçün əlverişli platformadır. Ümid edirəm ki, burada keçiriləcək görüşlər, aparılacaq müzakirələr hər kəs üçün faydalı olacaq”, deyə A.Əhmədova bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib