Tibbi Xidmət İdarəsinin Bio-Etika komissiyasının ilk iclası keçirilib
26.10.2022 15:37

25 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının ilk iclası keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, tədbirdə Mərkəzi Gömrük Hospitalının bazasında klinik tədqiqatların, o cümlədən beynəlxalq çoxmərkəzli tədqiqatın aparılması üçün daxil olmuş 3 müraciətə baxılıb. Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat verib, komissiya üzvlərinin suallarını cavablandırıblar.

 

Müzakirələrdən sonra komissiya təqdim edilmiş tədqiqatların qəbul olunmuş etik standartlara cavab verdiyini nəzərə alaraq, onların Mərkəzi Gömrük Hospitalı bazasında keçirilməsi üçün müsbət rəy verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib