Səhiyyə mütəxəssislərinin Türkiyədə iştirak etdiyi proqram uğurla başa çatıb
25.10.2022 09:54

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi layihələr – Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Sağlamlıq üçün həmrəylik təşəbbüsü və USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda pandemiyaya cavab tədbirləri çərçivəsində ölkə xəstəxanalarının infeksiyaların profilaktikası və nəzarət (İPN) üzrə 19 məsul şəxsinin və səhiyyə mütəxəssisinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı başa çatıb.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, iştirakçılar Səhiyyə Nazirliyində olaraq İctimai Səhiyyə Baş İdarəsinin mütəxəssislərinin təqdimat sessiyaları vasitəsilə Türkiyənin İPN təcrübəsini yaxından öyrənmək fürsəti əldə edib. Azərbaycanlı mütəxəssislər Ankarada yerləşən müxtəlif tibb müəssisələrini ziyarət edərək xəstəxanaların İPN fəaliyyətlərini yerində öyrənmək imkanı qazanıb. İştirakçılar mikrob əleyhinə preparatlara davamlılıq və xəstəxanadaxili infeksiyalarla mübarizə, habelə əl gigiyenası üzrə multimodal strategiya kimi müxtəlif mövzulara dair Türkiyə təcrübəsi ilə tanış olub.

 

Səfər başa çatdıqdan sonra İPN üzrə təkmilləşdirmə proqramının nəticələrinə dair görüş keçirilib, iştirakçılar sertifikatlarla təltif edilib. TƏBİB və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi arasındakı bu texniki əməkdaşlıq Azərbaycanın İPN mexanizminin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər