Tanınmış həkimin qızı şahmat üzrə dünya çempionatının qalibi olub
24.10.2022 17:00
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Kamran Beydullayevin qızı Azərbaycanın tanınmış şahmatçısı Gövhər Beydullayeva İtaliyanın Sardiniya adasında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olub.
 
Aztibb.az-ın əldə etdiyi məlumata görə, qızlar arasında keçirilən yarışda şahmatçı Gövhər Beydullayeva sonuncu - XI turda qazaxıstanlı şahmatçı Liya Kurmangaliyevaya qalib gələrək, 20 yaşadək qızlar arasında dünya çempionu olub.
 
Bu münasibətlə Kamran Beydullayevi səmimi qəlbdən təbrik edir, ona övladının daha böyük uğurlarına şahid olmasını arzu edirik!