İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər üçün təlim keçirilib  
24.10.2022 14:00

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda risk qrupları arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxma hallarının qiymətləndirilməsi və virusla mübarizənin təkmilləşdirilməsi üçün yeni layihənin icrasına başlayıb.

 

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bununla əlaqədar, “İnteqrasiya olunmuş davranış və bioloji nəzarət üzrə tədqiqat”a start verilib və təlim kursu keçirilib. Təlimə İİV virusuna yoluxan həssas qruplara xidmət göstərən sosial işçilər cəlb olunub. Onlar ölkəmizin 9 regionunda seçmə üsulu ilə aparılacaq tədqiqatlarda iştirak edəcəklər.

 

Məqsəd İİV-ə yoluxmağa yüksək risk təşkil edən əhali qrup nümayəndələrinin davranışlarının tədqiqi və virusun yayılma səviyyəsinin dəqiq öyrənilməsidir.

 

Təlimdə iştirakçılara yeni tədqiqat üsulu ilə bağlı ətraflı məlumat verilib, prosesin icra ardıcıllığı slaydlarla əyani izah edilib, hədəfə çatmaq üçün görüləcək digər işlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər