Aqrar Universitetinin tələbəsi xərçəngdən dünyasını dəyişib
24.10.2022 16:50

Aqrar Universitetinin tələbəsi Ruhəngiz Məhərrəmova dünən ATU-nun Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Aztibb.az xəbər verir ki, Ruhəngiz Məhərrəmova xərçəng xəstəliyindən əziyyət çəkirdi və oktyabrın 19-da beyin əməliyyatı olunmuşdu. Dünən isə qəfildən halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ruhəngiz Məhərrəmova Vətən Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.

Allah rəhmət eləsin!