Yeni həyatın başlanğıcı - Böyrək TRANSPLANTASİYASI
24.10.2022 16:05
Böyrək çatışmazlığının başlanğıc mərhələsində olan və ya dializ müalicəsi alan pasiyentlər böyrək nəqlinə üstünlük verməlidirlər.
 
Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-nefroloq Barat Yusubov səsləndirib.
 
Hazırda böyrək nəqlinin son dərəcə müvəffəqiyyətlə aparıldığını deyən həkim bunun böyrək çatışmazlığı olan pasientin uzun və sağlam yaşamasını təmin edən bir müalicə üsulu olduğun qeyd edib.
 
"Xəstələr arasında səhv bir düşüncə var "mən böyrək nəqli üçün uyğun olmaya bilərəm". Əgər pasiyentdə kardioloji əməliyyata dözə bilməyəcək qədər ciddi ürək-damar problemi və ya xərçəng xəstəliyi yoxdursa o zaman böyrək nəqlinə uyğundur".
 
B.Yusubov əlavə edib ki, tuberkulyoz və hepatit kimi infeksiyon xəstəlikləri olan pasientlərin mikrobik durumu aktiv deyilsə böyrək nəqli ola bilərlər.
 
"Sizə böyrək vermək istəyən bir qohumunuz varsa, canlı böyrək nəqli, imkanı yoxdursa, donor nəqli ilə əməliyyat olma şansını nəzərdən keçirin", - deyə nefroloq bildirib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib