Robotlar ABŞ-da koronavirusla mübarizədə iştirak edirlər
25.09.2020 14:21

“Boston Dynamics”in robotları yeni növ koronavirusla (COVID-19) mübarizədə həkimlərə və tibb müəssisələrinə kömək edirlər.


“Boston Dynamics” robotları artıq ABŞ sakinləri arasında koronavirusun müalicəsində aktiv iştirak etməyə başlayıblar. Hazırda onlar Massaçusets ştatında olan bir xəstəxanada fəaliyyət göstərirlər. Bu robotlardan istifadə tibb işçilərinin koronavirusa yoluxma riskini azaltmağa kömək edəcək.


Belə ki, proqramçılar bir neçə həftə ərzində robotları xəstəxananın tibb heyətinə yardım etmək üçün proqramlaşdırmaq məqsədilə onların əsas ehtiyaclarını təhlil ediblər.


Hi-news.ru saytının məlumatına görə, artıq şirkətin "Spot" robotu iki həftədir ki, Massaçusets ştatının xəstəxanalarından birində koronaviruslu xəstələrin müalicəsində yaxından iştirak edir. Hazırda onun əsas vəzifələri teletibblə bağlıdır.


Bu robotdan istifadə həkimə pasiyentlə əlaqələri minimallaşdırmağa imkan verir. Belə ki, "Spot" ona quraşdırılmış kamera və ekranla pasiyentin olduğu otağa daxil olur, videobağlantının digər tərəfində isə həkim təhlükəsiz şəraitdə pasiyentlə ünsiyyət qurur.


Hazırda şirkət mütəxəssisləri robota digər faydalı funksiyaların əlavə olunması üzərində işləyirlər. Onlar "Spot"u pasiyentin temperaturunu, təzyiqini, qanda oksigenin səviyyəsini və s. ölçmək imkanı ilə təmin etmək niyyətindədirlər. Bu halda personalın pasiyentlərlə əlaqəsini minimuma endirmək mümkün olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır